9 noyabr – Bayraq günü münasibəti ilə həftə ərzində siniflərdə müxtəlif tədbirlər keçirildi. Onlaradan biri də məktəbimizin 1d sinif şagirdləri ilə keçirilən “Bayrağım mənim” adlı tədbir oldu. Tədbirdə dövlət rəmzlərimizdən biri olan Bayraq haqqında ətraflı məlumat verildi. Birincilərin söylədiyi şeirlər və mahnılar xüsusi maraqla dinlənildi. Məktəbin foyesində yuxarı sinif şagirdlərinin “ 9 noyabr – Bayraq günü ” münasibətilə hazırladıqları divar qəzetləri və rəsmlər nümayiş etdirildi.