İlk zəng çalındı

15 sentyabr 2017- ci il tarixində məktəbimizdə yeni dərs ilinin açılışı – “Bilik günü” qeyd edildi. Tədbirdə qonaqlar . valideynlər, məzunlar və təhsil işçiləri iştirak edirdilər. Giriş sözü ilə tədbiri məktəbin direktoru Təranə Qasımova açaraq yeni dərs ili münasibətilə təbriklərini söylədi. Müəllim kollektivinə yeni tədris ilində uğurlar arzuladı. Tədbir şagirdlərin ifasında rəngarəng rəqslər və mahnılarla müşayiət olundu. Tədbirdən sonra bütün siniflərdə “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” adlı vətənpərvərlik mövzusunda dərslər keçirilirdi.