“Milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği və tədris prosesi ilə əlaqələndirilməsi” mövzusunda diskussiya

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda ölkə gənclərinin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması ilə bağlı nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı,milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında”2017-ci il üçün birgə Fəaliyyət Planı təsdiq olunmuşdur. 106 nömrəli tam orta məktəbin kitabxanasında direktor Təranə Qasımova ,Təlim-tərbiyə işləri üzrə direktor müavini Validə Əkbərova,psixoloq Xəyalə İbadova,UBR Könül Şahverdiyeva və kitabxanaçı Fəzilət Paşayevanın iştirakı ilə birgə Fəaliyyət Planın bəndləri müzakirə edilmiş,milli-mənəvi və ümumbəşəri dəyərlərin izahı,təbliği və tədris prosesi ilə əlaqələndirilməsi məsələlərini əhatə edən tövsiyə xarakterli məruzələr dinlənilmişdir. Bu dərs ilinin sonuna qədər Tədbir planına uğun olaraq 8-11-ci siniflərin iştirakı ilə keçiriləcək tədbirlər planlaşdırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi