Ekoloji aylıqlar”layihəsi çərçivəsində Milli Azərbaycan Tarix Muzeyinə ekskursiya

Bildiyimiz kimi, 2016/2017-ci tədris ilinin yanvar ayından etibarən “Ekoloji aylıqlar”layihəsinə start verilmişdir.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində fevral ayı “Ekoloji mədəniyyət və incəsənət.Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası ” mövzusunda müxtəlif istiqamətdə fəaliyyətlər icra olunur.Layihə ilə əlaqədar olaraq Qaradağ rayonu 106 nömrəli tam orta məktəbdə də müxtəlif tədbirlər keçirilmişdir.25.02.2017-ci il tarixində məktəbin 6-cı sinif şagirdləri Xantəmirova Kəmalə müəllimin rəhbərliyi ilə Milli Azərbaycan tarix Muzeyində olublar. Şagirdlər muzeydə Azərbaycanın tarixinə dair maraqlı məlumatlar əldə ediblər.