Məktəblilərimiz Gülbayramında iştirak etdi

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin doğum günü şərəfinə Qaradağ rayonunda Gül bayramının keçirilməsi artıq ənənəyə çevrilmişdir.Keçirilən tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin üzvü Ağalar Vəliyev, Şura üzvləri digər qonaqlar və rayon ictimaiyyəti iştirak edirdilər.Rayon ərazisindəki Heydər parkı bəzədilərək gül-çiçəyə bürünmüşdü. Parkda bir-birindən gözəl, cazibədar yaradıcılıq nümunələrinə, al-əlvan güllərdən və çiçəklərdən hazırlanmış çələnglərə, müxtəlif mövzuları əhatə edən əl işlərinə, tamaşa etməmək mümkün deyildi. Gül bayramında rayonun orta ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri, uşaq-gənclər yaradıcılıq mərkəzləri özlərinin əl işlərini nümayiş etdirirdilər.O cümlədən məktəbimizin şagirdləri əl işləri və çıxışlarla tədbirdə iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi