MƏKTƏBİMİZDƏ “REPRODUKTİV SAĞLAMLIĞIN TƏDRİSİ” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ SEMİNAR KEÇİRİLDİ

23.02.2017-ci il tarixdə “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin nümayəndələri tərəfindən S.Məhərrəmov adına 106 nömrəli tam orta məktəbdə“Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində seminar keçirildi.VI sinif şagirdləri ilə keçirilən seminarda məktəblilər reproduktiv sağlamlıq üzrə məlumatlandırıldı,sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə maarifləndirildilər.Proqramın əsas məqsədi gənc nəslin sağlam böyüməsi,onların zərərli vərdişlərdən qorunması,habelə gələcəkdə sağlam ailə qurulması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir.Seminarda məktəbin psixoloqu İbadova Xəyalə,məktəbin tibb bacısı Zeynalova Təranə və valideynlər də iştirak etdi.