MƏKTƏBDƏ"ÇƏRŞƏNBƏ İMƏCİLİKLƏRİ"LAYİHƏSİ HƏYATA KEÇİRİLDİ

Ekoloji dünyagörüşünə malik insanlar yetişdirmək üçün ekoloji bilik,ekoloji mədəniyyət və ekoloji etikanın formalaşdırılması mütləqdir. Bu məqsədlə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində müxtəlif ekoloji layihələrin həyata keçirilməsi planlaşdırılmışdır. Hal -hazırda Novruz bayramı və ilaxır çərşənbələr ərəfəsində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərdən biri də “Çərşənbə iməcilikləri”dir.Novruz bayramı ərəfəsində müəllim,şagird və valideyn icmasının iştirakı ilə məktəbyanı ərazilərdə iməcliyin keçirilməsi nəzərdə tutulmuşdur. 21 fevral 2017-ci il tarixdə S.Məhərrəmov adına 106 nömrəli tam orta məktəbin ərazisində şagird və müəllimlərin iştirakı ilə iməclik keçirildi.Məktəbin həyətində təmizlik işləri aparıldı,ağacların dibi belləndi.Şagirdlər bu işi çox böyük zövq və sevinclə həyata keçirtdilər. Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərimizin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılması,bu adət-ənənələrin davam etdirilməsi və milli dəyərlərin qoruyub saxlanılmasıdır.Bu dəyərləri qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi