İdman həftəsi

Elm və Təhsil Nazirliyinin 28.02.2024-cü il tarixli, 3-29/3-2-96F/2024 nömrəli əmri ilə 1-7 mart 2024-cü il tarixlərində ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.

İdman həftəsi idmana olan marağın artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin artırılması məqsədilə keçirilir.

5 mart Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar müəyyənləşdirilmiş proqrama əsasən məktəbin psixoloqları Xəyalə İbayeva və Rəna Rəfiyeva "İdmançıların yarışa hazırlığının psixoloji yanaşması" mövzusunda maarifləndirici və konsultativ görüş keçirdilər.

Görüşdə idmançıların psixoloji hazırlığı haqqında danışılmış, müvafiq tövsiyələr verilmiş, idmançıları maraqlandıran suallar cavablandırılmışdır. Sonda idmançılar öz yarış təcrübələrini bölüşmüş, öz həyəcanlarını necə dəf etdikləri haqqında tövsiyyələr vermişlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi