XOCALI SOYQIRIMININ 32-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI ANIM TƏDBİRİ

Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş ədəbi bədii kompozisiyalar hazırlandı. Şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş şeirlər söylənildi, mahnılar ifa edildi, səhnəciklər nümayiş etdirildi. Şagirdlər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədi ilə Xocalıda baş verən hadisələri əks etdirən sənədli filmlər nümayiş olundu.

Vətən müharibəsində şanlı qələbənin qazanılması, lokal antiterror əməliyyatları nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və Əsgəranda üçrəngli bayrağımızın ucaldılması ilə ölkəmizin suverenliyinin bərpasının tam təmin olunmasının qürurverici hiss olduğu, torpaqlarımızın işğaldan azad olunması ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanlarının yerdə qalmadığı şagirdlərin nəzərinə çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi