"Qərargah rəisi" və "Aqil Məmmədov" adlı sənədli filmlərin nümayişi

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.Yanvarın 17-də 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Qaradağ rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və "Yaddaş" Sənədli Filmlər Studiyasının birgə təşkilatçılığı ilə Milli Qəhrəmanlara həsr olunmuş "Qərargah rəisi" və "Aqil Məmmədov" adlı sənədli filmlərin nümayiş etdirilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndələri,məktəbimizin şagird və müəllimləri də iştirak etdi.