Noyabrın 9-u Dövlət Bayrağı Günüdür

9 Noyabr- üçrəngli milli bayrağımızın yaranması günü münasibəti ilə məktəbimizdə bir sıra silsilə tədbirlər keçirildi. Məktəbin 10 a sinif şagirdlərinin iştirakı ilə 4 noyabr 2016-cı il tarixdə “Bayrağımız-qürur mənbəyimizdir” adlı dəyirmi masa keçirildi. Qədimdən bugünədək Azərbaycan ərazisində mövcud olmuş xanlıq və dövlət qurumlarına məxsus bayraqlar haqqında məlumat verildi,eləcə də ilk Azərbaycan cümhuriyyətinin qurulduğu dövrdən indiki müasir Azərbaycan Respublikasının bayrağına qədərki inkişaf dövründə bayrağmızın keçdiyi mərhələləri əks etdirən video- çarx nümayiş etdirildi.Şagirdlərin dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan Azərbaycan bayrağı haqqında söylədiyi şeirlərlə tədbir davam etdi. Məktəbin şagirdlərinin Bayraq gününə həsr edilmiş sərgidə əl işləri,rəsmləri və divar qəzetləri nümayiş etdirildi. 2a sinfinin rəhbəri Hüseynova Nailə şagirdləri ilə birlikdə bayraq gününə həsr edilmiş tədbirləbayrağa olan məhəbbətin vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olduğunu göstərə bildilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi