Həyatdan Riyaziyyata

106 nömrəli məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiyanın” Novruz bayramı şərəfinə təşkil olunmuş və məktəbin riyaziyyat müəllimi Firuzə Süleymanovanın hazırladığı “Həyatdan riyaziyyata” adlı musiqili intelektual riyaziyyat gecəsi keçirildi. Tədbirdə şagirdlər həyatdan riyaziyyatın rolu, riyaziyyat alimləri və riyaziyyat haqında maraqlı faktlar söylədilər. Novruz xonçasından istifadə etməklə “Novruz xonçası”  adlı situasiya məsələsi tərtib və həll etdilər.  Maraqlı “Riyazi loto” oyunu oynanıldı şagirdlər rəqəmli atalar sözləri ilə yarışdılar. Gecədə 6 “B” sinif şagirdlər çox fəal iştirak etdilər, rəqsləri, musiqiləri ilə tədbirə rəng qatdılar. Sonda məktəbin direktoru Təranə Qasımova çıxış edərək şagirdlərə təşəkkür etdi və təhsillərində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi