“Məktəblinin dostu” layihəsinin 5 illiyi qeyd olunub

    Dekabrın 23-də “Məktəblinin dostu” layihəsinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin əhəmiyyətindən söz açıb. Məktəblinin dostları olan təhsil ocaqlarında təlim və tədrisin keyfiyyətinin daha da yüksəldiyini bildirib. Nazir məktəblinin dostlarının təkcə şagirdlərin deyil, eyni zamanda, təhsilin dostu olduğunu söyləyib.

     Daha sonra layihənin əməkdaşlarına səmərəli fəaliyyət, xüsusi təşəbbüskarlıq və fəallıq nümayiş etdirdiklərinə görə sertifikatlar təqdim olunub. Bu münasibətlə məktəbimizdə fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsinin nümayəndəsi  Xanəli Mənsimovu təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi