Məktəbimizin çempion şagirdləri

Məktəbimizin 8-ci sinif şagirdi,2015-ci il Yunanıstanda keçirilən şahmat olimpiadasının azyaşlılar arasında dünya çempionu Muradlı Məhəmməd,öz uğurları arasına bir uğur da əlavə etdi.Məhəmməd 2016-cı il Bakıda keçirilən Şahmat olimpiadasında respublikamızı təmsil etdi. Bayrağımızı dəfələrlə xarici turnirlərdə yüksəklərə qaldıran Məhəmməd bu səfər də bizi sevindirdi. Məhəmməd Azərbaycanın 3-cü komandası-C sektorunda yarışa qatılıb.Komanda ümumilikdə11 oyundan 6 xal qazanaraq 1-ci yerə sahib oldu. Balaca çiyinlərində indidən bu qədər məsuliyyət daşıyan şagirdimizi təbrik edirik.Məhəmmədə uğurlar diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi