Zəfər Gününə həsr olunmuş tədbir

8 Noyabr-Zəfər günü ilə bağlı məktəbimizdə silsilə tədbirlər keçirilmişdir. Belə tədbirlərdən biri 6 Noyabr 2021-ci ildə məktəbin tərbiyə işləri üzrə direktor müavini Nisə Fərəcovanın təşkilatçılığı və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllim, şagird heyəti və Vətən müharibəsi qaziləri də iştirak etmişdilər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin oxunması ilə başladı. Daha sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olundu.
Tədbirdə şagirdlər vətənpərvərliy haqqında mahnılar ifa edib, şeirlər söyləyiblər.
Şagirdlərimiz tərəfindən hazılanmış videoçarxlar nümayiş olunub. Həmçinin qazilər keçdikləri döyüş yolundan söhbət açıblar. Tədbirin sonunda məktəbin direktoru Təranə Qasımova və hərbi rəhbər Etibar Məmmədov çıxış edərək tədbirdə iştirak edən şagirdlərə və tədbir iştirakçılarına təşəkkür ediblər.