Valideynlərlə maarifləndirici görüş

Yeniyetməlik dövrü böhran yaş dövrü adlanır. Həyatın ən çətin dövrü bu dövrə düşür. Risk qrupuna düşmə ehtimalı bu dövrdə daha çox təsadüf edilir. Çətinliklərin öhdəsindən gəlmək və problemlərin həllinə dəstək ilk növbədə valideynlər tərəfindən göstərilməlidir.
Bu məqsədlə məktəbin psixoloqu Xəyalə İbayeva valideynlərlə “Micrasoft Teams” platforması üzərindən maarifləndirici görüş keçirdi. Valideynlərə tövsiyə edildi ki, qorxu, gərginlik, təşviş, narahatlıq hissini aradan qaldırmaqda övladlarına dəstək olsunlar.