Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə tədbir keçirildi

Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Şəhidlər” abidə kompleksinin önünə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə əklilqoyma mərasimi keçirildi.Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov xalqımızın igid oğul və qızlarının qorxu bilmədən döyüşə getdiklərini qeyd etdi. Ulu Öndərin 93 illik yubileyi ərəfəsində olduğumuzu xatırladaraq Heydər Əliyevin veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşdığını və hal-hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğuladı.Tədbirdə iştirak edən məktəbmizin rəhbərliyi və şagirdləri Böyük Vətən Müharibəsi şəhidlərinin şərəfinə ucaldılmış abidə qarşısına gül dəstələri qoydular.