XOCALI SOYQIRIMI-28 İL

Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün ilə əlaqədar məktəbin I-XI siniflərində birinci dərslər Xocalı qurbanların xatirəsinə həsr olunub. Bütün dərslər Dövlət himninin səsləndirilməsi və şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlanıb. Müəllimlər dərs zamanı Azərbaycan xalqının tarixinə həkk olunmuş Xocalı soyqırımı haqqında şagirdlərə məlumat veriblər. Dərsin sonunda şagirdlərə tövsiyə olunub ki, Xocalı soyqırımını unutmasınlar. Şagirdlər Xocalıya həsr olunmuş şeirləri təqdim ediblər. Eşitdikləri və bildikləri hadisələr haqqında danışıblar.

Məktəbin Tədbirlər planına uyğun olaraq məktəbin foyesində və dəhlizlərində Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi, divar qəzetləri, fotostendlər və şeir müsabiqəsi keçirimişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi