Mənimlə danış

Təhsil Nazirliyi tərəfindən başlanmış “Mənimlə danış” kampaniyası çərçivəsində məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması məqsəd ilə yuxarı siniflərlə “Bulinq nədir, onun növləri və qarşısının alınması yolları ” mövzusunda “Dəyirmi masa” keçirilib. Məktəbin psixoloqu Xəyalə İbayeva, uşaq birliyi təşkilatı rəhbəri Könül Şükürova və sinif rəhbərləri kampaniyanın  əsas məqsədi barəsində şagirdlərlə söhbət aparıb. Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Mənimlə danış” kampaniyasının videoçarxı nümayiş etdirilib və şagirdlərin videoçarx haqqındaki fikirləri dinlənilib. Mövzu haqqında şagirdlər arasında müzakirə aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi