Kiçik Akademiya

"KİÇİK AKADEMİYA" ÜZVLƏRİNİN QARŞILIQLI TƏQDİMAT VƏ MÜZAKİRƏSi KEÇİRİLDİ24 noyabr tarixində Suraxanı rayonu üzrə orta məktəblərdə fəaliyyət göstərən KA-ların qarşılıqlı təqdimat və müzakirəsi keçirildi. Tədbirin keçirilməsində məqsəd dekabr ayında keçiriləcək ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Bakı Konfransında iştirak edəcək namizədləri təyin etməkdir. Şagirdlərin təqdimatları dinlənilərək əvvəlcədən elan olunmuş meyarlara əsasən qiymətləndirildi.

Ətraflı

Kiçik Akademiya üzvlərinin I Ümumşəhər Konfransı keçirilmişdir28.12.2023-cü il tarixində "Heydər Əliyev İli" nə həsr olunmuş "Kiçik Akademiya" üzvlərinin I Ümumşəhər Konfransı keçirilmişdir. Məktəbimizin IX a sinif şagirdi Zeynəb Fətəliyeva konfransda iştirak etmiş, fərqləndiyinə və fəal iştirakına görə təltif olunmuşdur. Şagirdimizə uğurlar arzulayırıq!

Ətraflı

Kiçik akademiyanın elmi işiKiçik Akademiya üzvlərinin növbəti elmi işlərin təqdimatı baş tutmuşdur. 26 dekabr 20023-cü il tarixdə məktəbimizdə elmi işlərin təqdimatı olmuşdur. Təqdimatda Qədimzadə Saraxanım 7a “Mahmud Kaşğari” mövzusunda, Fətəliyeva Zeynəb 9a, Samiyev Əli 10 a “Countries and cultures” mövzusunda, Mənsimova Nəzrin 8c “Logo proqramlaşdırma dili” mövzusunda, Paşazadə Səbuhi 7a, Hüseynzadə Səriyyə 8 c “Təhlükəsiz təmizlik” mövzusunda, Fətəliyeva Zeynəb 9 a “Ədədlərin kvadratları” mövzusunda hazırladıqları elmi işləri təqdim etdilər. Sonda məktəbin direktoru Xəyalə Əzizova müəllim və şagirdlərə təşəkkürünü bildirib öz fikirlərini bildirdi.

Ətraflı

Kiçik Akademiya üzvlərinin iştirakı ilə Şəhər elmi konfransı keçirilmişdirBakı Şəhəri üzrə Təhsil İdarəsinin 16 yanvar 2023-cü il tarixli 3-29-59/3-2-12F/ 2023 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə bağlı BŞTİ-nin Tədbirlər Planınına uyğun olaraq məktəbdə Kiçik Akademiya üzvlərinin iştirakı ilə Şəhər elmi konfransı keçirilmişdir.

Ətraflı

" Kiçik Akademiya " üzvləri Hədəf STEAM liseyində yerləşən Elçin Abbasov adına İnteraktiv Elm Muzeyinə ekskursiya etdilər18 noyabr 2023 - cü il tarixdə məktəbimizin Kiçik Akademiyasının Təbiət kafedrasının rəhbəri İlhamə Əliyeva və fizika müəllimi Saçlı Müslümovanın təşkilatçılığı ilə akademiya üzvlərinin Hədəf STEAM liseyində yerləşən Elçin Abbasov adına İnteraktiv Elm Muzeyinə ekskursiyası təşkil edilmişdir. Ekskursiyanın əsas məqsədi gənc tədqiqatçılarda elmə maraq oyatmaq olmuşdur. Şagirdlər muzey bələdçisindən təcrübələr, qanunlar və çevrilmələr haqqında məlumat almış və bu onları elmlə daha dərindən maraqlanmağa həvəsləndirmişdir. Qeyd edək ki, İnteraktiv Elm Muzeyində 150-dən çox eksponat var.

Ətraflı

" Kiçik Akademiya " üzvləri Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu ziyarət etdilər15 noyabr 2023-cü il tarixdə məktəbimizin “Kiçik Akademiya” üzvləri Validə Səlimova və Sevinc Yaxşıyevanın rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu ziyarət etmişlər. Görüşdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli Ədəbiyyat İnstitutunda aparılan tədqiqatlar və yeniliklər barədə Akademiya üzvlərinə məlumat vermişdir. Ədəbiyyat İnstitutunun şöbələrində aparılan tədqiqatlarla tanışlıq şagirdlərin xüsusi marağına səbəb olumuşdur. Onlara Ədəbiyyat İnstiutununu nəşri olan kitablar hədiyyə edilmişdir. Ədəbiyyat İnstitutuna ziyarətin əsas məqsədi Akademiya üzvlərində ədəbiyyata maraq oyatmaq və onlarda mütaliə vərdişləri formalaşdırmaq olmuşdur.

Ətraflı

Kiçik Akademiya üzvləri təltif olundu2022/2023 - cü tədris ili ərzində Kiçik Akademiya tədbirlərində fəal iştirak edən akademiya üzvləri məktəb rəhbərliyi tərəfindən təltif olundu.

Ətraflı

Suraxanı rayonu 101 nömrəli tam orta məktəbdə Kiçik akademiyalar üzrə təqdimatlar dinlənildiKonfransda yekunda inzibati rayonlar üzrə bütün ümumtəhsil məktəblərindən nümayəndələrin fikirləri nəzərə alınmaqla ən yüksək qiymətləndirilən şagirdlər seçilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna təqdim edildi.

Ətraflı

Kiçik Akademiya üzvlərinin elmi işləri təqdim olundu12.01.2023-cü il taixdə məktəbimizin Kiçik Akademiya üzvlərinin elmi işlərinin təqdimatı olmuşdur. Məktəbimizdə Kiçik Akademiya 2019-cu ildən fəaliyyət göstərir. 21.11.2022-ci il tarixdən 30.11.2022-ci il tarixədək elmi işlərin qəbulu başlanmış və müraciətlərə əsasən 10 müəllimin rəhbərliyi ilə 10 şagird elmi iş təqdim etmişdir. Fətəliyeva Zeynəb 8a “Sintetik yuyucu vasitələrin insan orqanizminə təsiri”, Əmirli Murad 10a “Ekoloji təmiz cərəyan”, Hüseynzadə Səriyyə 7c, Fətəliyeva Zeynəb 8a “Teador Drayzerin yaradıcılığı”, Həsənov Araz 7b və Cəbrayılov Sənan 7b “Fransız dili dünyada”, Nigar Xəlil 11b “Kriptoqrafiya”, Bayramova Tuğra 8a “Dünyanın ilk musiqi aləti - Qavaldaş”, Allahyarov Tunar 8a “Geni modifikasiyalaşmış məhsulların orqanizmə təsiri”, Əliyev Rüfət 9c “Hüseyn Cavid ömrü”, Nəsibov Təbriz 9a “Azərbaycanda alternativ enerji mənbələrindən istifadə”, Əhmədov Əli 8a “Cənubi Azərbaycan” mövzusunda elmi işlərini araşdırmışlar. Akademiya üzvləri elmi işlərini daha dərindən araşdırmaq üçün şagirdlər M.F.Axundov adına Milli Kitabxanada olmuş, virtual və açıq oxu zalından istifadə edərək araşdırmalar aparmışlar. Onlar həm də Qobustan Dövlət Tarixi-Mədəni muzeyinə ekskursiya etmişlər. Burada Qavaldaş ilə tanış olmuş, bir çox tarixi məlumat toplamışlar.

Ətraflı

"Dəyərlərimizi qoruyaq" adlı layihə çərçivəsində Kiçik Akademiya üzvlərinin iştirakı ilə konfrans keçirilmişdir"Dəyərlərimizi qoruyaq" adlı layihə çərçivəsində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda Kiçik Akademiya üzvləri ulu öndərin həyatı, gördüyü işlər, rəhbərlik dövrü haqqında ətraflı çıxış etmiş, hazırladıqları slaydları göstərmişlər. Konfransda məktəbimizin direktoru Xəyalə Əzizova çıxış etmiş və H.Əliyevin dövlətçiliyimizi möhkəm təməllər üzərində quran, ictimai həyatın bütün sferalarının, o cümlədən iqtisadiyyat, müdafiə, təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahələrinin inkişafında müstəsna xidmətlər göstərən biri olduğunu və Azərbaycanın quruculuq salnaməsində silinməz izlər qoyduğunu qeyd etmişdir. Konfransda məktəbimizin tarix müəllimi Xumar Rəcəbova Heydər Əliyevin Azərbaycan xalqının həyatında, müstəqilliyimizin, dövlətçiliyimizin inkişafında oynadığı rol haqqında şagirdlərə ətraflı məlumat verdi.

Ətraflı

Kiçik Akademiya üzvlərinin növbəti elmi işləriÜmumilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə məktəbimizin Kiçik Akademiya üzvlərinin növbəti elmi işlərin təqdimatı baş tutmuşdur. 5c sinif şagirdi Muhamməd Xəlil "Valideyn və uşaq münasibətləri" mövzusunda 9a sinif şagirdi Əlirza Mahmudov " Yod çatışmazlığının məktəblinin əqli inkişafına və biliklərin mənimsənilməsinə təsiri " mövzusunda 9c sinif şagirdi Nərgiz Əliyeva "Müasir insanların həyatında kredit" 9ç sinif şagirdləri Məryəm Abdullazadə, Məryəm Saatova" Külək enerjisi" mövzusunda 10b sinif şagirdi Ləman Qurbanova" Korroziya" mövzusunda 11b sinif şagirdi Nigar Xəlil " Haqqı bağıran səs" mövzusunda hazırladıqları elmi işləri təqdim etdilər. Məktəbin musiqi müəllimi Kəmalə Orbayın təşkil etdiyi xor dərnəyinin üzvləri musiqilər səsləndirdilər. Sonda məktəbin direktoru Xəyalə Əzizova müəllim və şagirdlərə təşəkkürünü bildirib öz fikirlərini bildirdi.

Ətraflı

Kiçik Akademiya üzvləri M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşdurMəktəbimizin Kiçik Akademiya rəhbəri Validə Səlimova və Uşaq birliyi rəhbəri Sevinc Yaxşıyevanın iştirakı ilə Kiçik Akademiya üzvləri M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşdur. Qeyd edək ki, Azərbaycan Milli Kitabxanası Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr 1920-ci il tarixli 53 nömrəli qərarına əsasən yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur. Azərbaycanın ən böyük kitabxanası olaraq Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir. Kitabxananın fondlarında saxlanılan nəşrlərin sayı 5 milyon nüsxədən artıqdır. Kitabxanaya getməkdə məqsədimiz Kiçik Akademiyanın VII-IX sinif şagirdləri F.Zeynəb “Sintetik yuyucu vasitələrin ekologiyaya və insan orqanizminə təsiri”, Ə.Riad “Teador Drayzerin yaradıcılığı”, A.Fidan “Azərbaycan və Fransa əfsanəsi Əhmədiyyə Cəbrayılov”, A.Tunar “Geni modifikasiyalaşmış məhsulların insana təsiri”, Ə.Fatimə “Hüseyn Cavid ömrü”, N.Təbriz “Azərbaycanda alternativ enerji mənbələrindən istifadə”, Ə.Əli “Cənubi Azərbaycan” mövzusunda elmi işlərini araşdırmaq olmuşdur. Akademiya üzvləri həm kompüter avadanlıqları ilə təchiz olunmuş virtual oxu zalında, həm də açıq oxu zalında kitablardan istifadə edərək araşdırmalarını daha da mükəmməlləşdirmişlər. Şagirdlər tədqiqat aparmaqla yanaşı Milli Kitabxananın nadir kitabları, muzeydə qorunan miniatür kitablar və açıq kitabxana ilə tanış olmuşlar.

Ətraflı

" KİÇİK AKADEMİYANIN ÜZVLƏRİ " QOBUSTAN DÖVLƏT TARİXİ - MƏDƏNİ MUZEYİNƏ EKSKURSİYAYA GETMİŞDİLƏRKiçik Akademiyanın üzvləri "Dünyanın ilk musiqi aləti- Qavaldaşı" mövzusunda tədqiqat işi aparırlar. Kiçik akademiyanın fəal müəllimlərindən olan məktəbin Musiqi müəllimi Kəmalə Orbay 14.12.2022-ci il tarixdə şagirdləri və xor kollektivini mövzunu daha yaxşı araşdırmaq üçün Qobustan Dövlət Tarixi-Mədəni muzeyinə ekskursiyaya aparmışdır. Şagirdlər Qaval daşını əyani görmüş onun haqqında muzeydən maraqlı məlumatlar toplamışlar. Şagirdlər Qavaldaşının ətrafında mahnı oxumuşlar. Ekskursiyanın məqsədi, Qavaldaşının ecazkar sirrini araşdırmaq, Azərbaycan tarixinin qədim köklərini tədqiq etməkdir. Xatırladaq ki, Qobustan qoruğunda Qavaldaş adlanan qədim musiqi aləti qorunub saxlanılır. Böyükdaş və Cingirdağda olan və «Qavaldaş» adlanan daş musiqi qurğuları qədim qobustanlıların böyük ixtirası kimi dəyərləndirilir. Oxun icad olunması qəbilə adamlarının maddi güzəranı üçün nə qədər lazım idisə, zərb musiqi qurğusu - «Qavaldaş»ın yaradılması da musiqi zövqlərini təmin etmək, rəqs və mahnı mərasimləri düzəltmək üçün olduqca əhəmiyyətli idi. Cingirdağdakı «Qavaldaş»ın quruluşu belədir: təpənin döşündə yastıq kimi iki iri daşın üstündə üçüncü daş qoyulmuşdur. Bu daş altdakı daşlara nisbətən xeyli yastıdır. Alt daşlarla üst daş arasında boşluq vardır və dərə ilə cərəyan edən hava axını bu boşluqdan keçir. Böyükdaşdakı «Qavaldaş»ın quruluş forması bir qədər fərqli olsa da, prinsip etibarilə eynidir. Qurğu həmişə hava axını keçən dərədə quraşdırılmışdır. Qaya üstündəki iri yastı daşın altına bir tərəfdən daş dirsək qoyulmuşdur. Hər iki qavaldaş kiçik bir daşla döyəcləndikdə mis kimi cingiltili səs verir. «Qavaldaş»dan xüsusi olaraq rəqs və mahnı mərasimləri üçün istifadə edirdilər. Bu möhtəşəm musiqi aləti bu gün də öz quruluşu, qeyri-adı səsləri ilə Qobustana gələnlərin böyük heyrətinə səbəb olur. Kiçik Akademiyanın üzvlərinə araşdırmalarında uğurlar arzulayıram.

Ətraflı

"Kiçik Akademiya"Ümumi təhsil məktəblərində "Kiçik Akademiya”ların təşkilində əsas məqsəd, yuxarı sinif şagirdlərinin elmi və yaradıcı axtarışlara sövq edilməsinə, onların müasir tədqiqat metodlarına yiyələnməsi nə nail olmaqdır. "Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi, şagirdlərdə akademiyalara marağın artırılması, rəhbərlərin düzgün təlimatlandırılması qarşıya qoyulan əsas hədəflərdən hesab edilir. "Kiçik Akademiya”ların, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılmasında və onların fəaliyyətinin stimullaşdırılmasında müsbət rolu olduğu bildirilir. Belə ki, orta məktəblərdə fəaliyyət göstərən "Kiçik Akademiya”lar bütün mövcud imkanlardan istifadə edərək, şagirdləri yüksək səviyyədə maariflənməyə və təhsil almağa çağırır. Məktəbimizdə Kiçik akademiya 2019-cu ildən fəaliyyət göstərir. Bu ildə şagirdlərimiz maraqlı elmi işlərin tədqiqatını aparmağa başlamışlar. 08.12.2022-ci il tarixində Məktəb rəhbərliyinin Kiçik akademiyanın üzvləri ilə görüşü oldu. Görüşdə akademiyanın logosu , tərkibi və elmi işlər müzakirə olundu. Akademiya üzvləri ilə məktəb rəhbərliyi maraqlı diskusiya etdi. Məktəbin direktoru şagirdlərə elmi işlərin tədqiqtında uğurlar arzulayırıq.

Ətraflı

“KİÇİK AKADEMİYA”NIN SAYTLARDA YARADILMASIÜmumtəhsil müəsissələrində “Kiçik Akademiya”nın fəaliyyətinin gücləndirilməsinə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına əsasən 101№-li tam orta məktəbin rəsmi saytında “Kiçik Akademiya” bölməsi yaradıldı.

Ətraflı
HAQQIMIZDA

101 nömrəli tam orta məktəbin binası keçən əsrin 30-cu illərində inş...

BİZİM FƏXRLƏRİMİZ

Nərmin Əmirli Pərviz

Vazeh Əskərov Eldəniz

HAQQIMIZDA

101 nömrəli tam orta məktəbin binası keçən əsrin 30-cu illərində inş...

BİZİM FƏXRLƏRİMİZ

Nərmin Əmirli Pərviz

Vazeh Əskərov Eldəniz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi