"Dəyərlərimizi qoruyaq" adlı layihə çərçivəsində Kiçik Akademiya üzvlərinin iştirakı ilə konfrans keçirilmişdir

"Dəyərlərimizi qoruyaq" adlı layihə çərçivəsində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda Kiçik Akademiya üzvləri ulu öndərin həyatı, gördüyü işlər, rəhbərlik dövrü haqqında ətraflı çıxış etmiş, hazırladıqları slaydları göstərmişlər. Konfransda məktəbimizin direktoru Xəyalə Əzizova çıxış etmiş və H.Əliyevin dövlətçiliyimizi möhkəm təməllər üzərində quran, ictimai həyatın bütün sferalarının, o cümlədən iqtisadiyyat, müdafiə, təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahələrinin inkişafında müstəsna xidmətlər göstərən biri olduğunu və Azərbaycanın quruculuq salnaməsində silinməz izlər qoyduğunu qeyd etmişdir. Konfransda məktəbimizin tarix müəllimi Xumar Rəcəbova Heydər Əliyevin Azərbaycan xalqının həyatında, müstəqilliyimizin, dövlətçiliyimizin inkişafında oynadığı rol haqqında şagirdlərə ətraflı məlumat verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi