HAQQIMIZDA

101 nömrəli tam orta məktəbin binası keçən əsrin 30-cu illərində inşa edilmişdir. 1937-1938-ci dərs ilindən məktəb kimi fəaliyyətə başlamışdır. Böyük Vətən müharibəsi dövründə bu binadan hərbi hospital kimi istifadə olunmuşdur. Məktəb qəsəbənin sakini, bu məktəbin məzunu, müharibədə vətən yolunda qəhrəmancasına həlak olmuş Sovet İttifaqı Qəhrəmanı Əmi Məmmədovun adını daşıyır. Məktəbin həyətində onun büstü qoyulmuşdur. Məktəbin məzunları arasında alim, mühəndis, həkim, incəsənət xadimi, 20 Yanvar şəhidi və Qarabağ şəhidləri vardır.

2012-2013-cü illərdə 20 sinif otağından ibarət əlavə 400 yerlik bina istifadəyə verilib. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən bu ilin may ayında təhsil ocağının 1937-ci ildə istifadəyə verilən binası sökülərək yerində 360 yerlik 15 sinif otağından ibarət əlavə korpusunun tikintisinə başlanıb. İnşaat işləri yüksək səviyyədə həyata keçirilib. Bundan sonra məktəbdə birnövbəli sistemdə 1055 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 65 müəllim məşğul olur.

Məktəbdə 35 sinif otağı, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.

Məktəbin həyətində geniş abadlıq və quruculuq işləri görülüb. Həyətdə futbol və voleybol meydançaları yaradılıb.

Məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. 2019-cu ilin statistikasına görə, məktəbi bitirən məzunların 80 faizi tələbə adını qazanıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi