Kiçik Akademiya üzvləri M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşdur

Məktəbimizin Kiçik Akademiya rəhbəri Validə Səlimova və Uşaq birliyi rəhbəri Sevinc Yaxşıyevanın iştirakı ilə Kiçik Akademiya üzvləri M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşdur. Qeyd edək ki, Azərbaycan Milli Kitabxanası Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr 1920-ci il tarixli 53 nömrəli qərarına əsasən yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur. Azərbaycanın ən böyük kitabxanası olaraq Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir. Kitabxananın fondlarında saxlanılan nəşrlərin sayı 5 milyon nüsxədən artıqdır. Kitabxanaya getməkdə məqsədimiz Kiçik Akademiyanın VII-IX sinif şagirdləri F.Zeynəb “Sintetik yuyucu vasitələrin ekologiyaya və insan orqanizminə təsiri”, Ə.Riad “Teador Drayzerin yaradıcılığı”, A.Fidan “Azərbaycan və Fransa əfsanəsi Əhmədiyyə Cəbrayılov”, A.Tunar “Geni modifikasiyalaşmış məhsulların insana təsiri”, Ə.Fatimə “Hüseyn Cavid ömrü”, N.Təbriz “Azərbaycanda alternativ enerji mənbələrindən istifadə”, Ə.Əli “Cənubi Azərbaycan” mövzusunda elmi işlərini araşdırmaq olmuşdur. Akademiya üzvləri həm kompüter avadanlıqları ilə təchiz olunmuş virtual oxu zalında, həm də açıq oxu zalında kitablardan istifadə edərək araşdırmalarını daha da mükəmməlləşdirmişlər. Şagirdlər tədqiqat aparmaqla yanaşı Milli Kitabxananın nadir kitabları, muzeydə qorunan miniatür kitablar və açıq kitabxana ilə tanış olmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi