Kiçik Akademiya üzvlərinin elmi işləri təqdim olundu

12.01.2023-cü il taixdə məktəbimizin Kiçik Akademiya üzvlərinin elmi işlərinin təqdimatı olmuşdur. Məktəbimizdə Kiçik Akademiya 2019-cu ildən fəaliyyət göstərir. 21.11.2022-ci il tarixdən 30.11.2022-ci il tarixədək elmi işlərin qəbulu başlanmış və müraciətlərə əsasən 10 müəllimin rəhbərliyi ilə 10 şagird elmi iş təqdim etmişdir. Fətəliyeva Zeynəb 8a “Sintetik yuyucu vasitələrin insan orqanizminə təsiri”, Əmirli Murad 10a “Ekoloji təmiz cərəyan”, Hüseynzadə Səriyyə 7c, Fətəliyeva Zeynəb 8a “Teador Drayzerin yaradıcılığı”, Həsənov Araz 7b və Cəbrayılov Sənan 7b “Fransız dili dünyada”, Nigar Xəlil 11b “Kriptoqrafiya”, Bayramova Tuğra 8a “Dünyanın ilk musiqi aləti - Qavaldaş”, Allahyarov Tunar 8a “Geni modifikasiyalaşmış məhsulların orqanizmə təsiri”, Əliyev Rüfət 9c “Hüseyn Cavid ömrü”, Nəsibov Təbriz 9a “Azərbaycanda alternativ enerji mənbələrindən istifadə”, Əhmədov Əli 8a “Cənubi Azərbaycan” mövzusunda elmi işlərini araşdırmışlar. Akademiya üzvləri elmi işlərini daha dərindən araşdırmaq üçün şagirdlər M.F.Axundov adına Milli Kitabxanada olmuş, virtual və açıq oxu zalından istifadə edərək araşdırmalar aparmışlar. Onlar həm də Qobustan Dövlət Tarixi-Mədəni muzeyinə ekskursiya etmişlər. Burada Qavaldaş ilə tanış olmuş, bir çox tarixi məlumat toplamışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi