"Kiçik Akademiya"

Ümumi təhsil məktəblərində "Kiçik Akademiya”ların təşkilində əsas məqsəd, yuxarı sinif şagirdlərinin elmi və yaradıcı axtarışlara sövq edilməsinə, onların müasir tədqiqat metodlarına yiyələnməsi nə nail olmaqdır. "Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi, şagirdlərdə akademiyalara marağın artırılması, rəhbərlərin düzgün təlimatlandırılması qarşıya qoyulan əsas hədəflərdən hesab edilir. "Kiçik Akademiya”ların, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılmasında və onların fəaliyyətinin stimullaşdırılmasında müsbət rolu olduğu bildirilir. Belə ki, orta məktəblərdə fəaliyyət göstərən "Kiçik Akademiya”lar bütün mövcud imkanlardan istifadə edərək, şagirdləri yüksək səviyyədə maariflənməyə və təhsil almağa çağırır. Məktəbimizdə Kiçik akademiya 2019-cu ildən fəaliyyət göstərir. Bu ildə şagirdlərimiz maraqlı elmi işlərin tədqiqatını aparmağa başlamışlar. 08.12.2022-ci il tarixində Məktəb rəhbərliyinin Kiçik akademiyanın üzvləri ilə görüşü oldu. Görüşdə akademiyanın logosu , tərkibi və elmi işlər müzakirə olundu. Akademiya üzvləri ilə məktəb rəhbərliyi maraqlı diskusiya etdi. Məktəbin direktoru şagirdlərə elmi işlərin tədqiqtında uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi