Milli Qəhrəmanı Fərhad Hümbətovun xatirəsinə həsr olunmuş tədbir

01 aprel 2025-ci il tarixində Binəqədi rayonu ərazisində yerləşən parkda Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun büstü qarşısında xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, şəhidin anası Salatın Hümbətova, ailə üzvləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi polkovnik Hüseyn Quliyev, Rəsulzadə qəsəbə bələdiyyəsinin sədri Hümbət Hüseynov və kollektivi, 6 № li Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ziyad Nəbiyev və kollektivi, İctimai Birliklərin rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi iştirak etdilər.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!