Şəhidlər Xiyabanına ziyarət

Tarixi qəhrəmanlıq səhifələrindən biri olan Aprel döyüşləri zamanı şəhid olan igidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayır. Bu əziz xatirəyə ehtiram əlaməti olaraq, məktəbimizin 4C sinif rəhbəri Günəş Mikayılova öz sinif şagirdləri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etmişdir.
Ziyarət zamanı şagirdlər şəhid məzarlarının önünə gül dəstələri qoyaraq, onların əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad ediblər. Uşaqlar bu mənalı ziyarət çərçivəsində vətənə sevgi və şəhidlərə ehtiram mövzusunda şeirlər səsləndiriblər.
Məktəb kollektivi olaraq, Aprel şəhidlərinin əziz xatirəsi qarşısında baş əyir, onların ruhuna rəhmət diləyirik. Qəhrəmanlarımız heç vaxt unudulmayacaq!