Zərərli vərdişlərə YOX deyək!

19 may 2025-ci il tarixində məktəbimizdə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici söhbət təşkil olunmuşdur. Tədbirin əsas məqsədi şagirdlərə zərərli vərdişlərin — siqaret, alkoqol, narkotik maddələr və digər bu kimi təhlükəli vərdişlərin fəsadları haqqında geniş məlumat vermək və onların bu vərdişlərdən uzaq durmasına töhfə vermək olmuşdur. Bu mövzuda məktəbimizin psixoloqu şagirdllərlə maarifləndirici söhbət aparmışdır.