Biologiya fənnindən açıq dərs

Məktəbimizdə biologiya müəllimi Xurmayə Qafarova tərəfindən maraqlı və maarifləndirici açıq dərs təşkil olunmuşdur. Dərs ürək mövzusuna həsr edilmişdi və şagirdlər üçün həm nəzəri, həm də praktik biliklərlə zəngin bir təcrübə olmuşdur.
Dərs zamanı müəllim ürəyin quruluşu, funksiyası və insan orqanizmindəki rolu haqqında ətraflı məlumat vermişdir. Şagirdlərə ürəyin forması, daxili hissələri və işləmə mexanizmi canlı şəkildə izah olunmuşdur. Həmçinin, təzyiqin necə ölçüldüyü və bu prosesin insan sağlamlığında nə qədər vacib olduğu praktik şəkildə nümayiş etdirilmişdir.