Maraqlı və maarifləndirici açıq dərs

Martın 12-də məktəbimizin 4D sinfində maraqlı və maarifləndirici açıq dərs keçirilib. İbtidai sinif müəllimi Əsmər Səfərovanın rəhbərliyi ilə təşkil olunan dərsin əsas mövzusu Azərbaycanın tanınmış qadınları olub. Dərsdə məktəb rəhbərliyi və ibtidai sinif müəllimləri iştirak ediblər. Açıq dərsin məqsədi şagirdlərə Azərbaycanın görkəmli qadınlarını tanıtmaq, onların cəmiyyətimizdəki rolunu vurğulamaq və vətənpərvərlik hissini aşılamaq olub. Dərs zamanı şagirdlər Salatın Əsgərova, Xurşidbanu Natəvan, Şəfiqə Axundova və digər tanınmış qadınların həyatı, fəaliyyəti və Azərbaycan mədəniyyətinə, elminə verdiyi töhfələr haqqında təqdimatlar ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi