Şəhid Fəxrəddin Qurbanlının ailəsinə ziyarət

Binəqədi rayonunun qəhrəman övladlarından biri olan şəhid Fəxrəddin Qurbanlının əziz xatirəsi daim xalqımızın qəlbində yaşayır. Məktəbimizin müəllim və şagird kollektivindən bir qrup heyət 4 aprel şəhidin ailəsini ziyarət etmişdir.

Ziyarət zamanı məktəb kollektivi şəhidin ailə üzvləri ilə görüşərək onların halını soruşdu, şəhidin keçdiyi şərəfli döyüş yolu haqqında məlumatlar əldə etdi. Şəhidin ailəsinə başsağlığı verildi və onların məğrurluqla dolu hissləri dinlənildi.

Bu ziyarət, gənc nəslin qəhrəmanlarımızı tanıması, onların göstərdiyi fədakarlığın unudulmaması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Şəhid Fəxrəddin Qurbanlının xatirəsi qarşısında bir daha baş əyir, onun kimi igid oğullarımızla fəxr etdiyimizi bildiririk.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi