"Parlayan ulduzlar" - 8 Mart tədbiri

7 mart tarixində məktəbimizdə 8 mart Qadınlar Gününə həsr olunmuş “Parlayan Ulduzlar” adlı konsert proqramı keçirilib. Tədbir, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə müvəqqəti təşkilatçı vəzifəsini müvəqqəti icra edən Təranə Abulova və Uşaq birliyi rəhbəri Nəzakət Məmmədovanın təşkilatçılığı ilə baş tutub.
Konsertin əsas məqsədi qadınların həyatımızdakı əvəzsiz rolunu və onlara olan dərin hörməti ifadə etmək idi. Tədbir zamanı məktəbin şagirdləri tərəfindən hazırlanan musiqi və rəqs nömrələri böyük maraqla izlənilib. Şagirdlərin ifasında təqdim edilən müxtəlif səhnələr, Qadınlar Gününün əhəmiyyətini vurğuladı və hər kəsə unudulmaz anlar yaşatdı. Sonda məktəbimizin fiziki tərbiyə müəllimi Anar İsmayılzadənin qadınları şeirlə təbrik etməsi xüsusi maraq doğurdu.
Bu tədbir, həmçinin məktəbin müəllim və şagird heyətinin bir araya gələrək, qadınların və ana obrazının cəmiyyətdəki vacibliyini bir daha qeyd etmələrinə səbəb oldu.