assembly

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə əlaqədar "Məhəmməd Füzuli ayı" layihəsi ilə bağlı tədbirlərin keçirilməsi davam edir


25.04.2024

24.04.2024-cü il tarixində dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək məqsədi ilə Azərbaycan dili və ədəbiyyat müəllimi Telnaz Teymurova 9"B", 8"C", 7"A", 7"C", 5"C" siniflərinin fəal şagirdləri ilə "Məhəmməd Füzuli-530" adlı ədəbi-bədii kompozisiya keçirtdi. Tədbir xalq artisti Əminə Yusif qızının ifasında "Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni" qəzəli ilə başladı. Tədbirin aparıcısı Əlicanova Aysu dahi şair M.Füzulinin həyat və yaradıcılığı haqqında məlumat verdi. Surxayeva Nübar və Quliyeva Əsmərin ifasında "Leyli və Məcnun" əsərindən "Ananın Leyliyə nəsihəti" səhnələşdirildi. Həsənov Sübhanın dahi şair M.Füzulinin obrazını canlandıraraq "Məni candan usandırdı" qəzəlinin son beytini söyləməsi tədbirə xüsusi rəng qatdı. Şagirdlərdən Muxtarlı Aysu, Əliyeva Aygün, Əkbərzadə Məryəm "Ey təbib" qəzəlindən parçalar söylədilər. 5"C" sinif şagirdləri tərəfindən klassik şairin "Meyvələrin söhbəti" əsərinin təqdimatı dinləyicilər tərəfindən böyük maraqla qarşılandı. Sonda məktəbin direktoru Yaqut Kərimli tədbirin təşkilatçısı müəllim Telnaz Teymurovaya və şagirdlərə təşəkkür etdi.

Ətraflı
DƏRS CƏDVƏLİ

Seç

https://bakimektebleri.edu.az/55/az/schedule/

Cədvəli öyrənmək üçün oxuduğunuz sinfi və həftənin gününü seçin

Bayram günləri

9 May
Faşizm üzərində Qələbə Günü

28 May
Müstəqillik Günü

15 İyun
Milli Qurtuluş Günü

26 İyun
Silahlı Qüvvələri günü

18 Oktyabr
Müstəqilliyin Bərpası Günü

8 Noyabr
​8 Noyabr - Zəfər Günü

Bayramlar
Videoqalereya
video
Fotoqalereya
photo
ELEKTRON MÜRACİƏT
request
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi