" Bayraq mənliyimdir, Bayraq kimliyim " adlı nümunəvi dərs
06.11.2019-cu il tarixində məktəbin kitabxanasında 3a “ Sağlam təhsil “ sinfinin “ Bayraq kimliyimdir. Bayraq mənliyim “ mövzusunda nümunəvi dərsi keçirildi. Dərsdə Tərbiyə İşləri üzrə direktor müavini Vüsalə Məmmədova, UBR Günay Rəsulova, ibtidai sinif müəllimi Ofelya Babayeva və “ Məktəblinin dostu “ layihəsinin üzvü Dilguşə Fətəliyeva iştirak etdilər. Şagirdlərin xüsusi geyimləri marağa səbəb oldu. “ Bayraq günü “ nə həsr olunmuş dərsdə şagirdlər şeirlər söylədilər, mahnılar oxudular. Sonda “ Bayraq “ rəqsi qonaqlara təqdim olundu. Dövlətçiliyin atributu sayılan bayrağa sevgini şagirdlər ürəklə tədbirdə iştirak edərək hər kəsə çatdırdılar. Tədbirdə iştirak edən müəllimlər şagirdlərə təşəkkürünü bildirərək, gələcəyimiz olan bu uşaqların milli vətənpərvər ruhunda böyümələrini alqışladılar.