Dalğalan şanlı bayraq

“Bayraq günü”nə həsr olunmuş silsilə tədbirlərimiz davam edir. Beləki, 3ç sinfində şagirdlər divar qəzetləri hazırlayaraq öz əl işlərini nümayiş etdirdilər. Müəllim Vüsalə Ağayeva bayrağımızın tarixi haqqında şagirdlərlə söhbət apardı. Şagirdlər də bayraq haqqında araşdırdıqları məlumatları danışdılar, şeirlər söylədilər.