Müəllimimiz “Rəqəmsal təhsil“ mövzusunda keçirilmiş seminarda iştirakı

     “Etwinning“ layihəsi Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir. Bu layihə çərçivəsində ölkəmizdə 494 məktəbdən 1750 müəllimin iştirakı ilə 1417 təhsil layihəsi həyata keçirilib. Mayın 1-dən 3-nə kimi Bakıda “Etwinning Plus" layihəsi çərçivəsində “Rəqəmsal təhsil“ mövzusunda seminar keçirilmişdir. Seminar Təhsil Nazirliyi və Türkiyənin  “Etwinning“ Mərkəzi ilə birgə təşkil olunub. Tədbirə Azərbaycanın müxtəlif bölgələrindən 24 və Türkiyədən 20 müəllim qatılıb. Məktəbimiz  “Sağlam təhsil “ sinif müəllimi Alıcanova Aysel də seminarda müvəffəqiyyətlə iştirak etmiş, qardaş ölkənin müəllimi ilə layihə hazırlamış, beynəlxalq sertifikatla təltif olunmuşdur. Müəllimimizi təbrik edir, uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi