Korrupsiyaya qarşı mübarizə ilə bağlı iclas keçirilib
Məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Tahir Ağayev pedaqoji kollektivin, valideynlərin və şagirdlərin iştirakı ilə Korrupsiyaya qarşı mübarizə ilə bağlı iclas keçirib.
İclasın keçirilməsində məqsəd şagirdləri mənəvi-əxlaqi dəyərlərimizi zədələyən korrupsiya problemi ilə tanış etmək, azərbaycanlı ailəsində və təhsil müəssisələrində korrupsiyaya qarşı barışmaz münasibəti formalaşdırmaqdır.
İclası giriş sözü ilə açan Tahir Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər haqqında ətraflı çıxış edib, həmçinin ötən dövrdə Komissiyanın fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.
O, qeyd edib ki, Azərbaycan Respublikasının sürətli inkişaf dinamikası fonunda ölkəmizdə korrupsiyaya qarşı effektiv mübarizəni təmin edən və müasir dövrün tələblərinə cavab verən səmərəli mexanizmlər sistemi formalaşıb. Qanunvericilikdə aparılmış dəyişikliklər və həyata keçirilən mütərəqqi institusional islahatlar bu sahədə ixtisaslaşmış nüfuzlu təşkilatlar olan Avropa Şurasına üzv dövlətlərin Korrupsiyaya qarşı Dövlət Qrupu və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Antikorrupsiya Şəbəkəsi tərəfindən yüksək qiymətləndirilib.
Təhsildə korrupsiyaya qarşı mübarizə fəaliyyətinin prioritet istiqamətlərindən biri isə şagirdlərə müvafiq biliklər verməklə yanaşı, onlarda korrupsiya hallarından qaçmağa imkan yaradan ünsiyyət bacarıqlarını inkişaf etdirmək və korrupsiyaya qarşı mənfi münasibət formalaşdırmaqdan ibarətdir.