“ Vətən sevgisi “ bölməsi üzrə “ Əsgərə hədiyyə “ mətni

    10.03.2022-ci il tarixində  məktəbin 2 “ D “ sinfində müəllim Əsli Nuruyeva Azərbaycan dili fənnindən “ Vətən sevgisi “ bölməsi üzrə “ Əsgərə hədiyyə “ mətni üzrə nümunəvi dərs keçdi. Dərs interaktiv təlim metodlarına əsaslanaraq müasir avadanlıqlardan, elektron və əyani vasitələr də istifadə olunaraq təşkil olunmuşdur.

      Dərsdə təlim – tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, ibtidai sinif müəllimləri Zümrüd Hüseynova, Reyhan Zeynalova da iştirak etmişlər.

Əvvəlcə müəllim  Əsli Nuruyeva motivasiya quraraq dərsə başladı. O, müzəffər ordumuz və Ali Baş Komandamızın müdrik siyasəti nəticəsində  44 günlük müharibədə qazandığımız “ Zəfər “ haqqında qısa məlumat verdi. Sonra şagirdlər Vətənə və onu qoruyan igid əsgərlərinə olan məhəbbətlərini çıxışları ilə təqdim etdilər.

    Sonda təlim – tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva və dərsdə iştirak edən müəllimlər həm şagirdlərə təşəkkürü bildirdilər, həm də müəllim Əsli Nuruyevaya şagirdlərinə vətənpərvərlik hissini bu qədər dərindən aşıladığı üçün xüsusi minnətdarlığını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi