" Yaşasın hüquqlarımız " mövzusunda nümunəvi dərs
05.03.2022-ci il tarixində məktəbin 3 “ B “ - " Sağlam təhsil " sinfində müəllim Aytən Ovçuyeva Azərbaycan dili fənnindən " Yaşasın hüquqlarımız " mövzusunda nümunəvi dərs keçirdi. Dərs müasir təlim metodlarına və üsullarına uyğun şəkildə təşkil olunmuşdur. Şagirdlər Eyler-Venn diaqramında hüquq və vəzifəni müqayisə etdilər. “ Uşaq Hüquqlarının Qorunması haqqında Konvensiya “ ilə tanış oldular.
Dərs zamanı şagirdlər hazırlanmış hüquq və vəzifələrimiz adlı bilik çarxında verilən sualları cavablandırdılar. Dil qaydasında isə məqsəd və intonasiyaya görə cümlənin növlərindən biri olan nida cümlələrinə uyğun fərdi tapşırıqları yerinə yetirdilər.
Sonda məktəbin təlim -tərbiyə işləri üzrə direktor müavini Aynur Ağayeva, UBTR Günay Rəsulova şagirdlərə fəallıqlarına görə öz təşəkkürlərini bildirdilər.