" Laçın biz sənə qayıtdıq! "

    Məktəbin rus dili müəllimlərinin hazırladıqları silsilə tədbirlər davam edir. Bu tədbirlərin keçirilməsində məqsəd şagirdləri işğaldan azad olunmuş rayonlarımızla yaxından tanış etmək, bu tarixi qələbəmizin əhəmiyyətini daha dərindən dərk etmələrinə kömək olmaq, onların vətənpərvərlik ruhunu yüksəltməkdir.

   Rus dili müəllimi Mehriban Yusubovanın keçirdiyi tədbirdə şagirdlər Laçın rayonu haqqında danışdılar. Şagirdlərdən Təhminə Musazadə rayonun tarixindən, coğrafi mövqeyindən, Əli Cəfərzadə təbii sərvətlərindən, Həbibə Mirzəyeva füsünkar təbiətindən, Arzu Şərifzadə və Aysel Rəhimli işğal tarixindən danışdılar. Hidayət Abışov, Leyla Əhmədova və Nəzrin Abbasova Qarabağa azadlıq çağırışı və qələbə sevinci ifadə olunan şeirlər oxudular. Tədbirdə məktəbin  rus dili müəllimləri və tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da iştirak etdilər.

    Sonda Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevin təbriki səsləndirildi. Mehriban Yusubova bu təbriklərə qoşularaq iştirakçılara təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi