Bayrağımız qürur mənbəyimizidir!

      9 Noyabr Azərbaycan Respublikasının – Dövlət Bayrağı Günüdür.  Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd olunur.

    Bayraq- bir ölkəni, təşkilati quruluşu və ya birliyi işarələyən, binaların qarşısında dirəyə asılan, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayraq üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.

       02.11.2020-ci il tarixindən tədrisin yenidən distant formaya keçməsi ilə əlaqədar  “ Bayraq  Günü “nə həsr olunmuş dərslər də onlayn şəkildə təşkil olundu.  10.11.2020-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Leylan Yaqubova  ilk dərsi  “ Bayraq Günün “ nə həsr etdi.  3 “ a “ sinif şagirdləri ilə birgə bayrağımızın tarixi, mənəvi  dəyəri  haqqında söhbətlər apardı. Şagirdlər Bayrağımıza həsr olunan şeirləri sevə - sevə söylədilər. Kiçik olduqlarına baxmayaraq söylədikləri şeirlərin hər kəlməsində Bayrağa, Vətənə olan sevgiləri  hiss olunurdu.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi