“ Sağlam təhsil “ sinfində onlayn keçirilən təşkilat saatı
03 mart 2020-ci il tarixindən məktəbdə tədrisin dayanmasına baxmayaraq müəllimlər öz peşələrini layiqincə yerinə yetirirlər. Onlayn şəkildə davam edən dərslərimizin şagirdlərimiz üçün daha da maraqlı keçməsi üçüm müəllimlər təşkilat saatları keçirir. Bu dəfə 4 “ b “ “ Sağlam təhsil “ sinfində keçirilən təşkilat saatı 23 aprel Türkiyədə “Milli Suverenlik və Uşaq Günü”nə və Beynəlxalq Kitab Gününə həsr olundu. Əməkdar mədəniyyət işçisi Şəhla Qənbərova, yazıçı, professor Solmaz Amanova, “Sağlam Təhsil” layihəsinin koordinatoru Nigar Şahhüseynbəyova, layihənin metodisti Könül Mahmudovanın iştirakı ilə keçirilən görüş şagirdlər üçün gözəl təəssürat bağışladı. Ilk olaraq məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova çıxış edərək hər kəsi salamladı, şagirdlərimizə daim xoşbəxt olmağı arzuladı. Sonra sinif rəhbəri Vüsalə İsmayılova öz arzularını səsləndirdi və sözü dəyərli qonaqlarımıza verdi. Şəhla xanım balacalarımız təbrik edərək onlara tez-tez mütaliə etməyi tövsiyyə etdi. Şairəmiz Solmaz Amanova isə öz nağıl və hkayələrini şagirdlərimizin dilindən dinlədi. Sonda müəllim Vüsalə İsmayılova bu görüşdə iştirak edən hər bir qonağımıza və məktəb rəhbərliyinə təşəkkürünü bildirdi.