Türkiyədə “ Milli Suverenlik və Uşaq günü” və Beynəlxalq Kitab günü ilə bağlı təşkilat saatı
23 aprel 2020-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Sevinc Hüseynova 2 “e” sinif şagirdləri ilə təşkilat saatı keçirib. 23 aprel həm də Türkiyədə “ Milli Suverenlik və Uşaq günü” və Beynəlxalq Kitab günüdür. Bu günün daha maraqlı keçməsi üçün məktəb rəhbərliyi onlayn görüşə uşaqların sevimlisi, yazıçı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlili, F.Köçərli adına kitabxananın direktoru Şəhla Qənbərovanı dəvət etmişdilər. Giriş sözü tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova açaraq uşaqları təbrik etdi, onlara xoşbəxtlik arzuladı və evdə qaldıqları müddətdə mütaliə etməyi məsləhət gördü. Sonra müəllim Sevinc Hüseynova dəyərli qonaqlara söz verdi. Sevimli şairimiz Zahid Xəlil şagirdlərin dilindən öz şeirlərini və hekayələrini dinlədi.