23 aprel – Beynəlxalq Kitab Günü

    23 aprel – Beynəlxalq Kitab Günü ilə əlaqədar olaraq olaraq 7 “ ə “ sinfində təşkilat saatı keçirilib. Bu günün daha maraqlı və yadda qalan keçməsi üçün məktəb rəhbərliyi görüşə Uşaq Kitabxanasının müdiri Şəhla Qənbərova  və  fantastik hekayələr yazarı, riyaziyyat üzrə fəlsəfə doktoru Reyhan Yusifqızını dəvət etmişlər.

   Məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova ilk sözü açaraq bu gün haqqında məlumat verdi, uşaqlara mümkün qədər çox mütaliə etməyi tövsiyyə etdi.

    Sinif rəhbəri Nigar Bayramova isə çıxışında qonaqları salamladı. Gülərüz və mehriban insan – Reyhan xanım şagirdlərin ona verdiyi bütün sualları dinlədi və ətraflı cavab verdi. Məktəbin ana dili müəllimi Səadət Mahmudova da Reyhan xanıma maraqlı suallar verərək görüşü daha yadda qalan etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi