Üzünüz daim gülsün əziz uşaqlar

    Məktəbin 1 “ c “ pilot sinfinin müəllimi Zərifə Məmmədova dərs ənənələrimizə uyğun olaraq təşkilat saatı keçirib. Bu dəfə ki təşkilat saatı uşaqlara həsr olundu. Belə ki, qardaş ölkə Türkiyədə 23 aprel “ Uşaqlar günü “ kimi qeyd olunur. Şagirdlər üçün bu gün maraqlı olsun deyə onlayn dərsə uşaq yazarı Gülzar İbrahimova və Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qənbərova da qoşuldular. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova uşaqları salamlayaraq bu günün mahiyyəti haqqında şagirdləri məlumatlandırdı və balaca fidanlarımızı təbrik etdi, onlara can sağlığı arzuladı. Dəyərli qonaqlarımız da balalarımızı təbrik edərək, onları sevə - sevə dinədilər.

    Sonda müəllim Zərifə Məmmədova hər kəsə sonsuz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi