Ə.Firdovsinin “Şahnamə” adlı əsəri haqqında nümunəvi dərs təşkil olundu

Rus dili həftəsi çərçivəsində məktəbin rus dili müəllimi Afaq Bayramova  Ə.Firdovsinin “Şahnamə” adlı əsəri haqqında nümunəvi dərs keçirdi. Dərsdə məktəbin T.İ. üzrə d.m Vüsalə Məmmədova, rus dili m.b sədri Xalidə Əkbərova, rus dili müəllimləri Gülxar Ağayeva, Şəmsiyyə Səfərəliyeva, Yazgül Quliyeva, Mehriban Yusubova iştirak edirdilər.

Klassik Şərq şeirinin fəxri olan Əbülqasım Firdovsinin “Şahnamə” əsəri bütün dünyada şöhrət qazanmış, bədii söz və hikmət aşiqləri tərəfindən sevilə-sevilə oxunmuşdur. Dahi Nizaminin “sözü glin kimi bəzəyən tuslu ustad” deyə vəsf etdiyi şairin dünya ədəbiyyatı xəzinəsində öz təravətini min ildir saxlayan bu əsərinə Şərqin böyük sənətkarları yüksək qiymət vermişlər. Tarxi-fəlsəfi epopeya olan “Şahnamə” nin hər bir dastanı şairin dünya görüşünü, onun öz zəmanəsinə münasibətini əks etdirir.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi