Heydər Əliyevin anım gününə həsr olunmuş təşkilat saatı

12 dekabr - xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Anım günü ilə əlaqədar 2 "A" sinfində təşkilat saatı keçirildi. İlk öncə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra müəllim Yaqubova Leylan Ulu Öndərin həyatı, onun Azərbaycan tarixində, Azərbaycan xalqının müstəqilliyində oynadığı mühüm rolu haqqında şagirdlərlə söhbət apardı. Şagirdlər Heydər Əliyevi dərin hüznlə anaraq Ümummilli Liderimizə həsr olunmuş şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi