Paraşütün hazırlanması
“STEAM” layihəsi çərçivəsində 06.12.2019-cu il tarixində VI siniflərdə “ Paraşütün hazırlanması" mövzusunda dərs keçirildi. İlk öncə müəllim Gülbahar Zamanova şagirdlərə paraşüt haqqında məlumat verdi. “Paraşüt” sözü “yıxılmaqdan qorunmaq” deməkdir, bir obyektin atmosferə açıq bir mühitdə havanın qaldırma qüvvəsindən istifadə edərək yavaşca enməsini təmin edən vəsaitdir. 810-887 illəri arasında yaşayan Ərəb ixtiraçı Abbas Qasım İbn Firnasın İspaniya-Kordobada paraşütə bənzər bir alət istifadə tarixi qeydlərdə mövcuddur.Çində də paraşütün ilk nümunələri istifadə edilmişdir. Şagirdlər mövzunu maraqla dinlədilər və yüksək əhvalla öz paraşütlərini hazırladılar.