“Mənimlə danış” kampaniyası çərçivəsində seminar keçirildi
Noyabrın 27-də məktəb psixoloqu Məsumə Həsənəliyeva və məktəb Uşaq Təşkilatı Birliyinin rəhbəri Pərvanə Hüseynova tərəfindən “Mənimlə danış” kampaniyası çərçivəsində seminar keçirildi. Seminarın əsas mövzusu buillinq hallarına qarşı mübarizə, şagirdlərin fiziki və psixoloji zorakılıq hallarından qorunması, onların əhatə dairəsində sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması oldu.