Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102- ci ildönümü ilə bağlı tədbir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102- ci ildönümü ilə bağlı məktəbimizin akt zalında tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış və görkəmli şəxsiyyətin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə şagirdlər Ulu Öndərə həsr olunmuş şeir, mahnı və rəqs ifa etmiş, dahi liderin kəlamlarını səsləndirmişlər.
Bununla yanaşı tədbirimizə qonaq qismində dəvət olunmuş general mayor Cahangir Qulamov Ulu Öndərlə olan xatirələrini bölüşmüş və şagirdlərə maraqlı olan sualları cavablandırmışdır.